...

BP: Azərbaycanda neft-qaz layihələrində yerli mütəxəssislərin rolu artır

Energetika Materials 24 Noyabr 2012 14:05 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində yerli mütəxəssislərin rolu ildən-ilə artır. Trend-in məlumatına görə, bu barədə şənbə günü "BP Azerbaijan" şirkətinin əməliyyatlar üzrə vitse-prezidenti Mark Tomas Gənc mühəndislər forumunda deyib.
BP: Azərbaycanda neft-qaz layihələrində yerli mütəxəssislərin rolu artır

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində yerli mütəxəssislərin rolu ildən-ilə artır. Trend-in məlumatına görə, bu barədə şənbə günü "BP Azerbaijan" şirkətinin əməliyyatlar üzrə vitse-prezidenti Mark Tomas Gənc mühəndislər forumunda deyib.

Noyabrın 24-25-də Bakıda keçirilən forum "Caspian Engineers Society" qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilib.

"Xarici şirkətlərin gəlməsi Azərbaycanda dünya səviyyəli mühəndislərin hazırlanmasında çox vacib rol oynadı. Əgər Azərbaycandakı layihələr çərçivəsində fəaliyyətimizin ilk illərində əsasən xarici mütəxəssislər iştirak edirdisə, 2011-ci ilin sonuna "BP Azerbaijan"ın işçi ştatının 86 faizini yerli mütəxəssislər təşkil edib", - Tomas qeyd edib.

O bildirib ki, Azərbaycanda ən yaxşı tələbələrin cəlb edilməsi şirkətin kadr siyasətinin prioriteti olaraq qalacaq.

"Azersun Holding"in baş direktoru Əhməd Yemanın sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun artımı, yeni müəssisələrin açılması yüksəkixtisaslı mütəxəssislərə, o cümlədən mühəndislərə tələbatı artırır.

"Ölkənin qida sənayesinə cəlb edilən mühəndislərin əksəriyyəti "Azersun Holding"dən gəliblər", - Yeman vurğulayıb.

Forumun əsas məqsədi mühəndis işi sahəsində təhsil, texnoloji inkişaf və digər məsələlərlə bağlı mövzuların müzakirəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti