Azərbaycan, Bakı, 14 yanvar /Trend/
2012-ci ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 527 827 ton Azərbaycan nefti nəql olunub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 29 671 172 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il yanvar ayının 1-ə qədər BTC-yə 205 451 814 ton neft vurulub.
Bundan başqa, 2012-ci ilin dekabr ayında BTC kəməri ilə 228 188 ton Türkmənistan nefti nəql olunub.