...

Azərbaycan neftinin qiymətləri fevralın 8-də artıb

Energetika Materials 9 Fevral 2013 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir A.Bədəlova/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 121,55 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 1,72 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 120,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,73 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 8-də 116,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 8-də 119,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,73 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti