...

Lənkəran rayonunun daha 4 kəndinə təbii qaz verilib

Energetika Materials 22 Fevral 2013 15:27 (UTC +04:00)
Bu gün Lənkəran rayonunun Rvo, Narbağı, Parakənd və Qurumba kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Lənkəran rayonunun daha 4 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bu gün Lənkəran rayonunun Rvo, Narbağı, Parakənd və Qurumba kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə Lənkəran rayon İcra Hakimiyyətinin, "Azəriqaz" İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 115 abonenti olan Rvo kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3505 metr olan müxtəlif diametrli metal, 7316 metr isə polietilen borular çəkilib, 115 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ümumilikdə 409 abonenti olan Narbağı və Parakənd kəndlərinin qazlaşdırılması üçün uzunluğu 3373 metr olan müxtəlif diametrli metal, 6585 metr isə polietilen borular çəkilib, 409 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 225 abonenti olan Qurumba kəndinin qazlaşdırılması üçün isə uzunluğu 1992 metr olan müxtəlif diametrli metal, 14 382 metr isə polietilen borular çəkilib, 225 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

4 kənddə ümumilikdə 749 abonentə təbii qaz verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti