...

Azərbaycanda benzin istehlakı 3 dəfə artıb

Energetika Materials 6 İyun 2013 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.İsmayılov/

Son 10 il ərzində Azərbaycanda benzin istehlakı 3 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Xəzər neft və qaz - 2013" konfransının gedişi zamanı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində benzin istehlakı ötən ilin analoji dövründə qeydə alınan göstəriciyə nisbətən 14 faiz artıb. Ötən il Azərbaycanda benzin istehlakı 1,38 milyon ton təşkil edib.

Ölkədə avtomobil parkının artmasını nəzərə alaraq, Azərbaycanda benzinə ehtiyacın uzunmüddətli təmin olunması üçün neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin istismara verilməsinə qədər Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun gücünün artırılmasına dair qərar qəbul edilib.

Məmmədov bildirib ki, bu, əsasən, ilkin neft emalı, katalitik krekinq, katalitik riforminq, tədrici kokslaşdırma qurğularına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti