...

Sabah Bakının bir sıra rayonları qazsız qalacaq

Energetika Materials 7 İyun 2013 17:34 (UTC +04:00)
Sabah Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah Bakının bir sıra rayonları qazsız qalacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Sabah Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 08 iyun 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək "Bakıxanov-əhali", "Nərimanov", "Binəqədi 11 saylı İƏM" ölçü qovşaqlarından və "30-cu sahə" Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 14:00-dək isə "Digah" Qazpaylayıcı Stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nizami və Nərimanov rayonlarının bütün yaşayış məntəqələrinə, həmçinin Binəqədi və Abşeron rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti