...

Azərbaycan neftinin qiymətləri: 10-14 iyun həftəsinin yekunları

Energetika Materials 18 İyun 2013 11:07 (UTC +04:00)
Ötən həftə, 10-14 iyun tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 106,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,92 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 10-14 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E. İsmayılov/

Ötən həftə, 10-14 iyun tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 106,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,92 dollar çoxdur.

Trend-in məlumatına görə, 10-14 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 108,13, minimum isə 104,27 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

10-14 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 102,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən təqribən 0,94 dollar çoxdur.

10-14 iyun həftəsində URALS-ın qiyməti maksimum 104,96, minimum isə 100,96 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

10-14 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 104,59 dollar/barel təşkil edib ki, bu, əvvəlki həftənin göstəricisindən 1,63 dollar çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 105,58, minimum isə 101,52 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti