...

Azərbaycan neftinin qiymətləri: 8-12 iyul həftəsinin yekunları

Energetika Materials 15 İyul 2013 11:04 (UTC +04:00)
Ötən həftə, 8-12 iyul tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,03 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 8-12 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 8-12 iyul tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,03 dollar çoxdur.

Trend-in məlumatına görə, 8-12 iyul həftəsində AZERI LT-nin qiyməti maksimum 111,73, minimum isə 110,73 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
8-12 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 107,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən təqribən 3,8 dollar çoxdur.

8-12 iyul həftəsində URALS-ın qiyməti maksimum 108,55 minimum isə 107,33 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

8-12 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 108,34 dollar/barel təşkil edib ki, bu, əvvəlki həftənin göstəricisindən 3,04 dollar çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109, minimum isə 107,92 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti