...

Hindistanın ONGC şirkəti "Azəri-Çıraq-Günəşli"dən ilk neft satışını elan edib

Energetika Materials 19 İyul 2013 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.İsmayılov/

Hindistanın ONGC şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində pay əldə etdikdən sonra ilk dəfə Türkiyənin Ceyhan limanından neft partiyasını satışa çıxarıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi şirkətin nümayəndəsinə istinadən xəbər verir.

Qedy edək ki, ötən ilin sentyabr ayının əvvəlində ABŞ-ın "Hess" şirkəti Azərbaycandakı layihələrdə payını "ONGC Videsh"ə satmağa razılaşıb. Bu ilin yazında satış üzrə sövdələşmə yekunlaşıb.

Sövdələşmənin şərtlərinə görə, "Hess" AÇG layihəsindəki iştirak payının 2,72 faizini və Bakı-Tbilisi-Ceyhan neft kəmərində 2,36 faiz iştirak payını "ONGC Videsh"ə 1 milyard dollara satıb. Vergilər çıxıldıqdan sonra sövdələşmədən əldə edilən xalis mənfəət 884 milyon dollar olacaq.

Cədvələ uyğun olaraq, 600 min barel həcmində "Azeri Light" markalı ilk neft partiyası bu il avqustun 29-31-də Ceyhandan yüklənməlidir.

Mənbənin məlumatına görə, ONGC-nin AÇG-də iştirak payı çərçivəsində məhsulların böyük hissəsi Ceyhandan, qalan hissəsi isə Gürcüstanın Supsa limanından yüklənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti