...

bp Azərbaycan üçün səmt qazının verilişinin həcmini artırıb

Energetika Materials 30 İyul 2013 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir H. Vəliyev/

2012-ci ilin nəticələri üzrə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunun işlənməsi üzrə tərəfdaşlar tərəfindən sutkalıq hasilat həcmi 664,4 min barel neft (ildə 243,2 milyon barel və ya 32,9 milyon ton) təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bp-nin ötən ilin nəticələrinə dair illik hesabatında deyilir.

bp-nin məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ötən dövr ərzində AÇG-dən təqribən sutkalıq 9,2 milyon kubçetr səmt qazı əldə edib.

Ümumilikdə ARDNŞ-ə ötən ilin yekunları üzrə təqribən 3,4 milyard kubmetr səmt qazı verilib ki, bu da şirkətin proqnozlarını 13 faiz üstələyib.

Ötən il AÇG üzrə ümumi əməliyyat xərcləri 725 milyon dollar, əsaslı xərcləri 2,495 milyard dollar olub. Şirkətin proqnozlarına əsasən, 2013-cü il üçün AÇG üzrə əməliyyat xərclərinin həcmi 758 milyon dollar, əsaslı xərcləri isə 2,514 milyard dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti