...

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər var

Energetika Materials 22 Oktyabr 2013 12:30 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar 22 oktyabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna və Göygöl rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər var

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar 22 oktyabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna və Göygöl rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Bu barədə Trend çərşənbə axşamı "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, bundan başqa, saat 10:00-dan 13:00-dək Qəbələ rayonuna, saat 10:00-dan 17:00-dək Masallı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək İmişli, Ucar və Zərdab rayonlarına, saat 11:00-dan 18:00-dək Siyəzən və Xızı rayonlarının bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Oğuz rayonuna təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti