Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin dekabr ayında 52 ton avtomobil benzini, 75 min 612 ton dizel yanacağı və 15 min 387 ton təyyarə yanacağı ixrac edib.
Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, ümumilikdə, 2013-cü ilin yanvar-dekabr ayları ərzində 14 min 250 ton avtomobil benzini, 899 min 905 ton dizel yanacağı, 131 min 322 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilib.
2013-cü ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 952,36 dollar, təyyarə yanacağının - 985,19 dollar, dizel yanacağının - 928,71 dollar, 1 faizli kükürdlü mazutun - 615,78 dollar təşkil edib.