Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın şimal bölgəsinin elektrik enerjisi ilə təchizatında vacib rol oynayan "Xaçmaz" istilik elektrik stansiyası (İES) təxminən 268,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, stansiya ötən ilin dekabr ayında təqribən 25,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
10 enerji blokundan ibarət "Xaçmaz" İES-in gücü 87 meqavatdır.