...

Azərbaycanın su elektrik stansiyaları elektrik enerjisi hasilatını artırıblar

Energetika Materials 20 Fevral 2014 08:10 (UTC +04:00)
Yanvarda Azərbaycanda 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi (əmtəəlik) istehsal edilib. Bu, ötən ilin analoji dövrünə nisbətən üç faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycanın su elektrik stansiyaları elektrik enerjisi hasilatını artırıblar

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.İsmayılov/

Yanvarda Azərbaycanda 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi (əmtəəlik) istehsal edilib. Bu, ötən ilin analoji dövrünə nisbətən üç faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2014-cü ilin yanvar ayında istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 2,02 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının payına düşüb ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 2,9 faiz çoxdur.

Yanvarda su elektrik stansiyalarında 1,37 milyard kilovat-saata yaxınelektrik enerjisi istehsal olunub. Bu, ötən ilin analoji dövr göstəricisindən 6,2 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 20,63 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, 2012-ci ilin göstəricisini 0,6 faiz üstələyir.

2013-cü ildə istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 19,26 milyard kilovat-saat istilik elektrik stansiyalarının payına düşüb ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 2,7 faiz çoxdur. Ötən il su elektrik stansiyaları tərəfindən 1,37 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2012-ci ilin göstəricisindən 21,7 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti