...

Trans-Xəzər qaz kəməri Aİ ölkələrinə enerji tədarükünün şaxələndirilməsinə imkan verəcək

Energetika Materials 19 May 2014 12:48 (UTC +04:00)
Trans-Xəzər qaz kəməri layihəsinin reallaşdırılması Avropa İttifaqı (Aİ) ölkələrinə enerji tədarükünün şaxələndirilməsi üçün yaxşı fürsət ola bilər.
Trans-Xəzər qaz kəməri Aİ ölkələrinə enerji tədarükünün şaxələndirilməsinə imkan verəcək

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Bədəlova/

Trans-Xəzər qaz kəməri layihəsinin reallaşdırılması Avropa İttifaqı (Aİ) ölkələrinə enerji tədarükünün şaxələndirilməsi üçün yaxşı fürsət ola bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, qaza olan yüksək tələbat nəzərə alınaraq Aİ Türkmənistandan qaz nəqlinin təmin olunmasından razı qala bilərdi: "Aİ Trans-Xəzər boru kəməri layihəsini dəstəkləyir".

Qeyd edək ki, Aİ, Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər qaz kəmərinə dair danışıqlara 2011-ci ilin sentyabrında başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti