Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.İsmayılov/
Trans-Anadolu qaz kəməri (TANAP) konsorsiumu "Worley Parsons Limited" şirkəti ilə qaz kəmərinin layihələndirilməsi, satın alınması və tikintisi proseslərinin idarə edilməsi üzrə müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə "Worley Parsons Limited"in bazar ertəsi yaydığı məlumatda deyilir.
Beşillik müqavilə boru kəmərinin və müvafiq obyektlərin tikintisi çərçivəsində layihəni idarəetmə xidmətlərinin, xüsusilə planlaşdırma, lahiyələndirmə, tikinti prosesinin idarə edilməsini, müqavilələrin bağlanması, kompressor stansiyaları daxil olmaqla satınalma, layihəyə nəzarəti və başqa işləri nəzərdə tutur.
Məlumatda deyilir ki, TANAP-ın tikintisi layihəsinin ümumi dəyəri 11,7 milyard dollar təşkil edir.