...

ARDNŞ Rusiyada NEZ-in tikintisində iştirak etmək niyyətindədir

Energetika Materials 24 Oktyabr 2014 20:21 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya Federasiyasının Novorossiysk şəhərinin yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır.
ARDNŞ Rusiyada NEZ-in tikintisində iştirak etmək niyyətindədir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya Federasiyasının Novorossiysk şəhərinin yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev TASS agentliyinə bildirib.

"Rosneft"in rəhbəri İqor Seçinin bu yaxınlarda Bakıya səfəri zamanı ARDNŞ ilə danışıqlar apardığını xatırladan N.Əliyev danışıqların nəticəsi barədə məlumatsız olduğunu vurğulayıb.

TASS-ın məlumatına görə, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində Azərbaycanın Kuban NEZ-in tikintisində investisiya iştirakı müzakirə olunub. Məqsəd Azərbaycan neftinin NEZ-ə vurulması və sonra neft məhsullarının Rusiya treyderləri vasitəsilə satışıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti