...

"Total" Azərbaycanda gələcək fəaliyyət planlarını açıqladı

Energetika Materials 8 Yanvar 2015 11:02 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağının işlənməsi layihəsinin uğuru Fransa şirkətinin Azərbaycanda başqa dəniz hasilat layihələrində iştirakına imkan yarada bilər.
"Total" Azərbaycanda gələcək fəaliyyət planlarını açıqladı

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Emil İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağının işlənməsi layihəsinin uğuru Fransa şirkətinin Azərbaycanda başqa dəniz hasilat layihələrində iştirakına imkan yarada bilər. Trend xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində "Total E&P Azerbaijan"ın rəhbəri Deni Lemarşal bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda şirkətin işinin məhdud olmasına baxmayaraq, "Abşeron" layihəsi çox yaxşı perspektivlərə malikdir: "Bu, çoxlu investisiya tələb edən iri layihədir. Əgər ARDNŞ-nin təsdiq edəcəyi yaxşı inkişaf planı hazırlaya bilsək, "Abşeron" layihəsinin və digər dəniz layihələrinin sonrakı mərhələlərinin reallaşdırılması məntiqi davam olacaq".

D.Lemarşal bildirib ki, şirkətin 2014-cü ildə fəaliyyətinin əsas məqsədi "Abşeron"un inkişaf proqramının hazırlanması olub. Proqramın 2015-ci ilin ortalarında baxılmaq üçün ARDNŞ-yə təqdim edilməsi planlaşdırılıb.

2021-ci ildə yataqdan qaz hasilatına və bununla bağlı işlərə başlanmasından danışarkən "Total E&P Azerbaijan"ın rəhbəri deyib ki, layihənin reallaşdırılmasının sürətləndirilməsinin bir neçə variantı var.

Layihənin sürətlənməsinin birinci şərti hazırda ARDNŞ-nin ikinci qazma qurğusunun tikintisini gözləmədən şəxsi ehtiyaclar üçün inşa etdiyi yeni nəsil qazma qurğusundan istifadə ola bilər. Yeni qazma qurğusu artıq 2017-ci ilin əvvəlində istismara verilə bilər.

Layihənin həyata keçirilməsinin sürətlənməsinə təsir edəcək digər amil ARDNŞ-nin Azərbaycanda inşa etməyi planlaşdırdığı neft və qaz emalı və qaz-kimya məhsullarının istehsalı üzrə yeni kompleks ola bilər.

Lemarşalın qeyd etdiyi kimi, şirkətin hədəfi Azərbaycanın neft-qaz sektorunda mühüm oyunçu olmaqdır: "Bizim "Abşeron" layihəmiz var və ümid edirəm ki, bu istiqamətdə irəliləmək üçün gələcəkdə başqa imkanlarımız da olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti