Azərbaycan, Bakı, 9 yanvar /Trend/
2014-cü ildə 238 çoxmərtəbəli binaya təbii qaz verilib. 2013-cü ildə isə 149 binaya təbii qaz verilmişdi.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalarda 3485 ailə yaşayır.
2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17 348 ailə yaşayır.