...

Aİ və Türkiyə enerji məsələləri üzrə razılığa gəliblər

Energetika Materials 12 Fevral 2015 15:12 (UTC +04:00)
Avropa Komissiyası Türkiyəyə enerji məsələləri üzrə yüksək səviyyədə danışıqlara başlamağı təklif edib.
Aİ və Türkiyə enerji məsələləri üzrə razılığa gəliblər

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Azad Həsənli/

"Avropa Komissiyası Türkiyəyə enerji məsələləri üzrə yüksək səviyyədə danışıqlara başlamağı təklif edib ki, bu da aramızdakı əməkdaşlığı təkmilləşdirməyə imkan verəcək".

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Razılaşma Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla cümə axşamı Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının iclasından əvvəl əldə olunub.

Onun sözlərinə görə, danışıqlar yaxın vaxtlarda başlayacaq.

İclasda tərəflər Dəhlizin reallaşdırılması zamanı ortaya çıxa biləcək problemləri nəzərdən keçirəcək və iştirakçı şirkətlərlə birgə lazımi həll yolunu tapmağa çalışacaqlar.

Tədbirdə İtaliyanın iqtisadi inkişaf naziri Klaudio de Vinçenti, Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri Panayotis Lafazanis, Kaxa Kaladze və Temenujka Petkova, eləcə də Avropa Komissiyasının vitse-prezidenti M.Şevçoviç iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti