...

"Avropa "Nabucco"nu reallaşdıra bilmədiyi halda, Azərbaycan və Türkiyə TANAP-ı uğurla həyata keçirir"

Energetika Materials 4 Aprel 2015 11:33 (UTC +04:00)
Transanadolu boru kəməri (TANAP) layihəsi Türkiyəni enerji mərkəzinə çevirəcək.
"Avropa "Nabucco"nu reallaşdıra bilmədiyi halda, Azərbaycan və Türkiyə TANAP-ı uğurla həyata keçirir"

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu boru kəməri (TANAP) layihəsi Türkiyəni enerji mərkəzinə çevirəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, Avropa ölkələri "Nabucco" layihəsini reallaşdıra bilmədiyi halda, Türkiyə və Azərbaycan TANAP layihəsini uğurla həyata keçirirlər.

T.Yıldız vurğulayıb ki, Türkiyə gələcəkdə də enerji layihələrinin reallaşdırılmasına dəstək verəcək.

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti