Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycan və Türkiyə vacib enerji layihələrindən biri olan Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsini uğurla reallaşdırırlar.
Trend-in İHA agentıiyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət düşür.
Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.