Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Rufiz Hafizoğlu/
Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsi qrafiki qabaqlayaraq həyata keçirilir. Trend DHA agentliyinə istinadən məlumat verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, TANAP layihəsi nəinki Türkiyəyə, həm də Avropaya vacibdir.
Türkiyənin Rusiya ilə "Türk axını" qaz kəmərinin tikintisi haqqında danışıqlar aparması TANAP-ın reallaşmasına təsir edəcək demək deyil.