...

Azərbaycan benzin ixracını bərpa etmək istəmir

Energetika Materials 13 May 2015 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan benzin ixracını bərpa etməyəcək və ölkədə istehsal edilən bütün benzini daxili tələbata yönəltməyə davam edəcək".

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

Onun sözlərinə əsasən, Azərbaycanda benzinə tələbat ildə təqribən 1,4 milyon litr təşkil edir: "Azərbaycan yenə də benzin ixrac etməyəcək. Bu bizim üçün çox sərfəli deyil. Birincisi, benzinin keyfiyyətinə görə. İkincisi isə ölkənin tələbatını təmin etmək belə daha asandır. İxraca göndərilə bilən əlavə neft həcmlərini emal etməmək üçün bizdə olduqca yüksək daxili qiymət var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti