...

Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əsaslı xərclər xeyli azalıb

Energetika Materials 17 May 2015 20:59 (UTC +04:00)
2015-ci ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 44 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar (ötən ilin analoji dövründə 14,6 milyon dollar) xərclənib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əsaslı xərclər xeyli azalıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 44 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar (ötən ilin analoji dövründə 14,6 milyon dollar) xərclənib.

Trend-in məlumatına görə, bu barədə BP-nin 2015-ci ilin birincü rübündə ölkədə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,2 milyard barel (289 milyon ton) xam neft Ceyhanda təxminən 2 850 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Birinci rüb ərzində BTC vasitəsilə təqribən 9 milyon ton (69 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 96 tankerə yüklənib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti