Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Rufiz Hafizoğli/
Türkiyə "Türk axını" qaz xəttinin inşasında iştirak etməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız deyib.
T.Yıldızın sözlərinə görə, tikinti başa çatdıqdan sonra Türkiyənin Rusiya-Türkiyə birgə şirkətinin həmtəsisatçısı olacağı gözlənilir. Şirkətin Edirne vilayətində boru xəttinin quruya çıxdığı yerdə yaradılması nəzərdə tutulur.