Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Ankara və Moskva "Türk axını" qaz xəttinin yekun marşrutu ilə bağlı razılığa gəlməyib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız deyib.
O bildirib ki, söhbət marşrutun Türkiyə ərazisindən keçən 190 kilometrlik hissəsindən gedir.