Azərbaycan, Bakı, 14 iyul /Trend/
Bolqarıstan Azərbaycan qazının öz ərazisi ilə tranzitində maraqlıdır. Trend-in məlumatına görə, bunu TASS-a müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.
Onun sözlərinə görə, Bolqarıstana xüsusilə Yunanıstanla interkonnektorları genişləndirmək lazımdır ki, qaz Bolqarıstan ərazisi ilə nəql edilsin.
Baş nazir bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan qazının Bolqarıstana tədarükü marşrutlarını təmin etməyin zəruriliyi barədə dəfələrlə danışmışıq. Məqsəd həmin qazla Bolqarıstan vasitəsilə ticarətlə məşğul olmaqdır. Üstəlik, Bolqarıstan və Azərbaycan yaxşı, dostluq münasibətlərinə malikdirlər. Bolqarıstanda qaz qovşağının yaradılması tamamilə real və mümkündür. Biz bunun üzərində işləməyə davam edirik".