...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunları

Energetika Materials 28 Noyabr 2015 14:00 (UTC +04:00)
На прошедшей неделе (23-27 ноября) средняя цена на нефть сорта Azeri Light, добываемой на блоке азербайджанских месторождений «Азери-Чираг-Гюнешли», составила 46,01 доллара за баррель, что на 2,05 доллара больше аналогичного показателя предыдущей недели
Azərbaycan neftinin qiymətləri: həftənin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (23-27 noyabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 46,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,05 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 46,57, minimum isə 45,84 dollar/barel təşkil edib.

23-27 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 41,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,83 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 41,52, minimum isə 40,63 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

23-27 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 44,09 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,4 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 44,63 dollar, minimum isə 43,85 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti