...

BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb

Energetika Materials 7 Dekabr 2015 13:32 (UTC +04:00)
Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasında profilaktik işləri başa çatdırıb.
BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb

Bakı. Maksim Tsurkov - Trend:

Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasında profilaktik işləri başa çatdırıb. Bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Platformada işlər bu il noyabrın 10-da dayandırılmışdı.

Onun sözlərinə görə, proqramla nəzərdə tutulmuş bütün işlər uğurla başa çatıb: "Hazırda "Çıraq" platformasının istismara verilməsinıə hazırlıq görülür və yaxın vaxtlarda orada hasilat bərpa ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti