...

BP martda Azərbaycanda yeni dəniz layihəsində tədqiqatlara başlayacaq

Energetika Materials 4 Fevral 2016 11:44 (UTC +04:00)
"BP-Azerbaijan" şirkəti martın 1-dən Abşeronun dayazsulu hissəsində yerləşən potensial perspektiv strukturlarında 3 ölçülü seysmik tədqiqatlar aparmağa başlayacaq.
BP martda Azərbaycanda yeni dəniz layihəsində tədqiqatlara başlayacaq

Bakı. Maksim Tsurkov - Trend:

"BP-Azerbaijan" şirkəti martın 1-dən Abşeronun dayazsulu hissəsində yerləşən potensial perspektiv strukturlarında 3 ölçülü seysmik tədqiqatlar aparmağa başlayacaq. Trend-in məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin geoloji kəşfiyyat şöbəsinin nümayəndəsi Arzu Cavadova Bakıda keçirilən "Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi" üzrə hesabatla bağlı ictimai dinləmələrdə deyib.

3D seymsik tədqiqatın keçirilməsi üzrə podratçı "Geokinetics" şirkəti olub.

Onun sözlərinə görə, "Geokinetics" martdan etibarən 10 metrədək dərinlikdə və quruda 3D seysmik üzrə işlərə başlayacaq: "3D tədqiqatın ərazisi suda və quruda 1520 kvadrat kilometr sahəni əhatə edəcək və o, beş zonaya bölünüb. Geoseysmik işlərdə şirkətin yerli və əcnəbi mütəxəssisləri iştirak edəcək".

A.Cavadova qeyd edib ki, quruda tədqiqat zonası 90 kvadrat kilometr sahəni əhatə edəcək: "Quruda və dənizin 5 metrədək dərinliyində işlər günorta saatlarında aparılacaq. Dənizin 5 metrdən artıq dərinliyində isə tədqiqatlar gecə-gündüz aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti