...

BP Xəzərin dayazsulu hissəsində yeni texnologiyalar tətbiq edəcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 Fevral 2016 16:07 (UTC +04:00)
"BP-Azerbaijan" şirkəti Xəzərin Azərbaycan sektorundakı Abşeron akvatoriyasının dayazsulu hissəsində potensial perspektiv strukturlarının seysmik tədqiqatlarının aparılması prosesində iki xüsusi texnologiyanı tətbiq edəcək.
BP Xəzərin dayazsulu hissəsində yeni texnologiyalar tətbiq edəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:22-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

"BP-Azerbaijan" şirkəti Xəzərin Azərbaycan sektorundakı Abşeron akvatoriyasının dayazsulu hissəsində potensial perspektiv strukturlarının seysmik tədqiqatlarının aparılması prosesində iki xüsusi texnologiyanı tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin geoloji kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Qreq Rayli deyib.

Onun sözlərinə görə, şirkət məlumatların toplanması üzrə işləri sürətləndirmək və sadələşdirmək üçün dayazsulu hissədə 3D seysmik tədqiqatlar zamanı iki yeni xüsusi texnologiyadan istifadə edəcək: "Birinci texnologiya "nod"lardır ki, onlar dənizin dibində yerləşdirilərək dalğa səslərini yazacaqlar. İkincisi isə eyni vaxtda bütün mənbələrdən məlumatı götürməyə imkan verən aparatlardır".

Q.Rayli əlavə edib ki, məlumatların toplanması üzrə işlər ilin sonunadək yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti