...

SOCAR Bakıda qazdoldurma məntəqələrinin sayını artıracaq

Energetika Materials 12 Aprel 2016 12:04 (UTC +04:00)
SOCAR ilin sonunadək daha 3 avtomobil qazdoldurma (CNG) məntəqəsi açacaq.
SOCAR Bakıda qazdoldurma məntəqələrinin sayını artıracaq

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR ilin sonunadək daha 3 avtomobil qazdoldurma (CNG) məntəqəsi açacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov Bakıda sənayenin inkişafına dövlət dəstəyi ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Bakıda iki belə məntəqə fəaliyyət göstərir. Yeni məntəqələr də paytaxtda açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti