...

İran Azərbaycanla birgə Xəzərdə yataqların işlənməsinə hazırdır

Energetika Materials 21 Aprel 2016 17:54 (UTC +04:00)
İran Xəzərdə yataqların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
İran Azərbaycanla birgə Xəzərdə yataqların işlənməsinə hazırdır

Bakı. Ənvər Məmmədov - Trend:

İran Xəzərdə yataqların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Bunu Trend-ə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

Nazir neftin qiymətindən asılı olmayaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığı genişləndirməyə çağırıb.

O bildirib: "Neftin aşağı qiymətlərinə baxmayaraq, ölkələrimiz əməkdaşlığı genişləndirməlidir. Xatırlatmaq istəyirəm ki, "Xudafərin" və "Qız qalası" su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarının davam etdirilməsi barədə saziş imzalanıb. Hesab edirəm ki, analoji addımı Xəzərdəki yataqların işlənməsində də atmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti