...

Neftimiz ucuzlaşıb

Energetika Materials 1 Sentyabr 2016 11:57 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 47,91 dollar/barel təşkil edib ki, bu da avqustun 30-na olan göstəricidən 1,41dollar/barel azdır. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azeri Light-ın qiyməti avqustun 31-də 47,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 31-də 43,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti avqustun 31-də 46,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti