...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 28 Oktyabr 2016 11:43 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 51,6 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 51,6 dollar/barel təşkil edib ki, bu da oktyabrın 26-na olan göstəricidən 0,19 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 51,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27-də 47,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 27-də 49,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti