Bakı. Trend:
Ukraynanın “Ukrtransneft" şirkəti ölkənin baş naziri Vladimir Qroysmana müraciət edərək "Azeri Light" markalı Azərbaycan neftinin Ukraynaya çatdırılması məsələsinə baxılmasını xahiş edib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, şirkət Azərbaycan neftinin Poltava vilayətinin Kremençuq neft emalı zavoduna çatdırılmasını təklif edib.
Şirkətin müraciətində qeyd olunub ki, Azərbaycan neftinin Ukraynaya çatdırılması barədə razılaşma prezident Pyotr Poroşenkonun iyul ayında Bakıya səfəri zamanı əldə olunmuşdu.