...

Elektrik stansiyalarının istehsal prosesi məcburi dayandırıldı - Partlayışa görə

Energetika Materials 27 Dekabr 2016 14:20 (UTC +04:00)
Azərbaycanda iki elektrik stansiyasının istehsal prosesi məcburi dayandırılıb.
Elektrik stansiyalarının istehsal prosesi məcburi dayandırıldı - Partlayışa görə

Bakı. Trend:

Azərbaycanda iki elektrik stansiyasının istehsal prosesi məcburi dayandırılıb.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səngəçal qəsəbəsində qaz xətlərində baş vermiş qəza ilə əlaqədar, ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-in istehsal prosesi məcburi olaraq dayandırılıb.

“Azərenerji” ASC-nin prezidentinin rəhbərliyi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilib və qəzanın genişlənməsinin qarşısı alınıb.

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2)  (FOTO)

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2) (FOTO)

İstehlakçılara qısamüddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaq.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti