...

SOCAR: Benzinin qiymətindəki dəyişlik Azərbaycanın neft emalı sənayesinin müasirləşdirilməsini sürətləndirəcək

Energetika Materials 15 İyul 2017 22:10 (UTC +04:00)
Аİ-92 markalı benzinin qiymətlərinin dəyişməsi ARDNŞ-nin neft emalı sənayesinin müasirləşdirilməsi sürətləndirilməsinə dəstək göstərəcək, nəticədə 2040-ci ildə Azərbaycanda neft məhsullarına daxili tələbat tam təmin olunacaq
SOCAR: Benzinin qiymətindəki dəyişlik Azərbaycanın neft emalı sənayesinin müasirləşdirilməsini sürətləndirəcək

Bakı. Trend:

Аİ-92 markalı benzinin qiymətlərinin dəyişməsi ARDNŞ-nin neft emalı sənayesinin müasirləşdirilməsi sürətləndirilməsinə dəstək göstərəcək, nəticədə 2040-ci ildə Azərbaycanda neft məhsullarına daxili tələbat tam təmin olunacaq.

Trend-in məlumatına görə, bunu ARDNŞ-nin neft emalı üzrə vitse-prezidenti Davud Məmmədov bu gün Aztv telekanalının efirində bildirib.

Onun sözlərinə görə, neft məhsullarının, xüsusilə də benzin və dizel yanacağının, qiyməti sonuncu dəfə 2013-ci ilin dekabrında artırılıb:

"Əgər biz o vaxtki qiyməti dollar ifadəsi ilə bu günün qiyməti ilə müqayisə etsək, görərik ki, qiymət iyulun 14-dək çox aşağı idi. Hazırda SOCAR iri layihələr həyata keçirir, xüsusilə də neft emalı sənayesinin modernləşdirilməsi və yenidən qurulması üzrə işlər aparılır. Bunun üçün, əlbəttə ki, vəsait tələb olunur. Biz yüz faiz dövlət şirkətiyik və buna görə də dövlətdən vəsait gözləyirik. Nəzərə alsaq ki, bizim gəlirlər və xərclər smetası hökumət tərəfindən hər il təsdiq olunur, orada müəyyən investisiya layihələri, o cümlədən qazma, kəşfiyyat, hasilat və emal sahələri də nəzərdə tutulur. Onların hamısına vəsait tələb olunduğundan, biz benzinin qiymətinin artırılması barədə təkliflə müraciət etdik. Şirkətin daxili imkanları məhduddur və nəzərə alsaq ki, hazırda istehsal etdiyimiz neft məhsullarının təxminən 72 faizi daxili bazarda satılır, və bu satışdan əldə olunan dollar və manatla ifadədə gəlirlər kəskin azalıb, biz neft emalı sənayesinin yenidən qurulması layihəsi üzrə müəyyən çətinliklər çəkirik"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti