...

Azərbaycan neftinin SON QİYMƏTİ - Bahalaşdı

Energetika Materials 26 Oktyabr 2017 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 59,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,5 dollar/barel çoxdur.
Azərbaycan neftinin SON QİYMƏTİ - Bahalaşdı

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 59,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,5 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 58,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 25-də 55,89 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 25-də 58,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti