...

Azərbaycan OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir (YENİLƏNİB)(FOTO)

Energetika Materials 15 Mart 2018 10:46 (UTC +04:00)
Azərbaycan OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir.
Azərbaycan OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir (YENİLƏNİB)(FOTO)

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan neft hasilatının məhdudlaşdırılması üzrə OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi üzrə konfransın yekunları ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, OPEK+ çərçivəsində neft hasil edən ölkələrin əməkdaşlığı beynəlxalq bazarda neft qiymətlərinin uğurla nizamlanmasına gətirib çıxardı:

“Buna əsaslanaraq OPEK-in üzv ölkələri, eləcə də sazişə qoşulan ölkələr bu saziş çərçivəsində əməkdaşlığı davam etdirməyin vacibliyi məsələsində razılaşır”.

Onun sözlərinə görə, iyun ayında OPEK+ sazişinin üzv ölkələrinin nazirlər səviyyəsində növbəti görüşü keçiriləcək: “Ümid edirəm ki, bu görüşdə də hər kəs üçün faydalı qərarlar qəbul edilıəcək”.

P.Şahbazov vurğulayıb ki, OPEK+ sazişində söhbət neft hasilatının daha da azaldılmasından deyil, hasilat səviyyəsinin indiki səviyyədə qalmasından gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti