...

Bu il 312 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 1 Avqust 2018 16:50 (UTC +04:00)

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-iyul ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 312 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qurumdan Trend-ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 17422 ailə yaşayır.

“Azəriqaz” bildirir ki, Birlik təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti