...

Bu il 381 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 1 Oktyabr 2018 15:35 (UTC +04:00)

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 381 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 19662 ailə yaşayır.

“Azəriqaz” İB bildirir ki, qurum təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti