...

Avropanın qaz mənbələrinin diversifikasiyası Azərbaycan qazı olmadan mümkün deyil - Macarıstanlı nazir

Energetika Materials 10 Mart 2021 13:42 (UTC +04:00)
Avropanın qaz mənbələrinin diversifikasiyası Azərbaycan qazı olmadan mümkün deyil - Macarıstanlı nazir

Bakı. Elçin Mehdiyev - Trend:

Pandemiyanın ilk aylarında Türkiyə Macarıstana tibbi maska ilə bağlı yardım göstərib. Azərbaycan və Qazaxıstan da bizə yardım edib.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Çindən Macarıstana avadanlıqlar daşıyan təyyarələr də Azərbaycan üzərindən keçib: “Əsl dost pis gündə bilinər. Biz bunun şahidi olduq".

Nazir bildirib ki, Budapeştdə Türk Şurasının ofisi yaradılıb: “Macarıstanın Türk Şurasına üzv dövlətlərlə əməkdaşlığında maraqlıyıq. Biz birgə palata və investisiya fondunun, Türk Akademiyasının yaradılmasına maraqlıyıq. Türk Şurasının Baş Assambleyasında da iştirak edirik. Biz Avropa Parlamenti və Türk Şurası arasında əməkdaşlığın yaranmasında iştirak etməyə hazırıq. Biz Avropa İttifaqı və Azərbaycan arasında əslində danışıqların son fazasındayıq. Avropanın qaz mənbələrinin diversifikasiyası Azərbaycan qazı olmadan mümkün deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti