...

Azərbaycan nefti üç dollardan çox bahalaşıb

Energetika Materials 5 Oktyabr 2021 10:43 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 83,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,12 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 81,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,05 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti