...

Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropaya qaz tədarükünün şaxələndirilməsinə xidmət edəcək - Britaniyalı nazir

Energetika Materials 1 İyun 2022 11:30 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropaya qaz tədarükünün şaxələndirilməsinə xidmət edəcək - Britaniyalı nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan etibarlı və stabil təbii qaz tədarükçüsüdür.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın biznes, energetika və təmiz artım məsələləri üzrə dövlət naziri Qreqori Uilyam Hends Bakı Enerji Həftəsinin açılış mərasimində deyib.

"İndi enerji təhlükəsizliyi üçün vacib vaxtdır. Bu gün Azərbaycan etibarlı və stabil təbii qaz tədarükçüsüdür. Cənub Qaz Dəhlizi Azərbaycandan başlayır. Bu dəhlizin genişləndirilməsi Avropaya qaz tədarükünün şaxələndirilməsinə xidmət edəcək. Təbii qaz ekoloji təmiz enerjiyə keçiddə vacib rol oynayacaq. Biz öz tərəfdaşlarımızın, o cümlədən Azərbaycanın bu istiqamətdə sadiqliyini alqışlayırıq. Azərbaycanda aktiv fəaliyyət göstərən bp şirkəti 2025-ci ilədək tullantıların sıfır səviyyəsinə çatmaq kimi ambisiyalı planlara malikdir", - nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti