...

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək - Baş nazir müavini

Energetika Materials 7 İyun 2022 19:00 (UTC +04:00)
Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək - Baş nazir müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək.

Trend-in məlumatına görə, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib.

Onun sözlərinə görə, Rusiya Serbiyaya ildə 2,2 milyard kubmetr qaz tədarük edir, amma ölkədə illik qaz istehlakı təxminən 3 milyard kubmetr təşkil edir.

"Qalan fərq qismən Macarıstandakı qaz anbarından təmin olunacaq. Gələn il biz həm də təxminən 40 faiz qazı Niş-Dimitrovqrad qaz xətti ilə ala biləcəyik. Biz gözləyirik ki, bu, ilk növbədə Azərbaycan qazı olacaq. Artıq qaz xəttinin tikintisinin başa çatacağı dövr üçün tədarük həcmlərinin rezervləşdirilməsi üçün danışıqlar aparılır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti