...

IGB Avropanın enerji təhlükəsizliyi üçün vacib layihədir - Ursula fon der Lyayen

Energetika Materials 1 Oktyabr 2022 12:13 (UTC +04:00)
IGB Avropanın enerji təhlükəsizliyi üçün vacib layihədir - Ursula fon der Lyayen
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Avropanın enerji təhlükəsizliyi üçün vacib layihədir.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasnın prezidenti Ursula fon der Lyayen Sofiyada boru xəttinin açılışı mərasimi ərəfəsində öz "Twitter" səhifəsində yazıb.

"Sofiyada Bolqarıstanla Yunanıstan arasında qaz interkonnektorunun açılışında olmaqdan məmnunam. Bu boru xətti Bolqarıstan üçün oyunun qaydalarını dəyişir. Bu, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacib töhfədir", - o yazıb.

Qeyd edək ki, IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. IGB TAP-a birləşdiriləcək və onun vasitəsilə “Şahdəniz” yatağından qaz Avropa bazarlarına çıxarılacaq. IGB-nin təməlqoyma mərasimi 22 may 2019-cu ildə Bolqarıstanda baş tutub. Qaz kəmərinin uzunluğu 182 kilometrdir

Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaza çatdırıla bilər. Layihənin ümumi investisiya dəyəri təqribən 240 milyon avro (ƏDV istisna olmaqla) qiymətləndirilir, bunun 220 milyon avrosu əsaslı xərclərdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti