...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 8 Dekabr 2022 10:36 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 80,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti