...

Qaz təchizatının bərpası üçün dörd rayonda işlər gedir - "Azəriqaz"

Energetika Materials 16 Dekabr 2022 11:57 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qaz təchizatının dayandırıldığı rayonlarda gecə saatlarından bərpa işləri gedir.

Bunu Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.

“Gecə saatlarından məlumat daxil oldu. Qazax, Gədəbəy, Balakən, Yardımlı rayonlarında havalar son vaxtlar daha kəskin soyuduğu üçün qaynaq tikişlərində dartınmalar müşahidə olunub və bu dartınmalar kiçik dəliklərin yaranmasına səbəb olub. Bu dəliklərdə güclü sızmalar aşkar olunub. Həmin sızmaların əhatə dairəsi getdikcə artıb. Gecə siqnallar gəldi, vəziyyət daha da ciddiləşdi və problemin əhatə dairəsi genişləndi. Sızmalar ətrafa böyük həcmdə qazın yayılmasına səbəb oldu. Nəticədə təbii halda və ya insan ehtiyatsızlığı səbəbindən baş vermiş hər hanısasa qığılcım o ərazilərdə böyük partlayışlara və itkilərə səbəb ola bilərdi. Buna görə də gecə saatlarında məcburi iki rayonda, bu gün isə daha iki rayonda qazın verilişini dayandırdıq”, - E.Vəliyev bildirib.

Onun sözlərinə görə, əraziyə "Azəriqaz" əməkdaşları cəlb olunub.

“Gecə saatlarından bərpa işləri gedir. Hava şəraitinin qarlı olmasına baxmayaraq, abonentləri qazla təmin etmək üçün işlər növbəlilik prinsipi ilə davam etdirilir. Əgər hava şəraiti imkan verərsə çalışacağıq ki, nəticələri daha tez aradan qaldıraq. Lakin bu hava şəraitindən daha çox asılı olacaq”,- E.Vəliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti